Qaşıqçı cinayətində sensasiyalı SƏS QEYDİ ÜZƏ ÇIXDI: “Patronunuza deyin, adamlar...”

Qaşıqçı cinayətində sensasiyalı SƏS QEYDİ ÜZƏ ÇIXDI: “Patronunuza deyin, adamlar...”

ABŞ-ın "Nyu-York Tayms" qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Camal Qaşıqçı cinayəti ilə bağlı bəzi ölkələrə verdiyini dəlillərlə bağlı yeni bir iddianı ortaya atıb.

Publika.az xəbər verir ki, xəbərə görə, Qaşıqçını öldürmək üçün İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupunda yer alan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın əhəmiyyətli xarici səfərlərində iştirak edən təhlükəsizlik səlahiyyətlisi Mahir Əbdüləziz Mutreb cinayətdən qısa müddət sonra bir nəfərə zəng edib.

Nəşrin yazdığına görə, ərəbcə danışan Mutreb bir ad çəkmədən "Patronuna söylə, adamlar işini bitirdilər" deyib. "Nyu-York Tayms"ın xəbərində qeyd edilir ki, türk səlahiyyətliləri səudiyyəli təhlükəsizlik səlahiyyətlisinin telefonda ad çəkməməsinə baxmayaraq, "patron"un məhz Məhəmməd bin Salman olduğu, Mutrebin telefonda danışdığı adamın isə şahzadənin köməkçilərindən biri olduğunu təxmin edir. Amma amerikalı səlahiyyətlilər bu dəlilin vəliəhd şahzadənin cinayətlə əlaqəsinə dair "inkar ediləbilməz bir dəlil ola bilməyəcəyini" vurğulayırlar.

Səudiyyə Ərəbistanı isə Amerika nəşrinin xəbərini rədd edib. Bildirilib ki Türkiyənin kəşfiyyat qurumları cinayətə dair səs qeydlərini Səudiyyə tərəfinə dinlədiblər, lakin səs qeydlərində bu hissəyə rast gəlinməyib.

Qeyd edək ki, Fransa səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti cinayətlə bağlı dəlilləri ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərə və Səudiyyə Ərəbistanına təqdim etdiyini bildirib.

"Həqiqətən, bir fəlakətdir. Hətta Səudiyyə kəşfiyyatçısı səs qeydini dinlədikdə "Hər halda, bu heroin qəbul edib, bunu ancaq heroin qəbul edən biri edər" dedi. O, səs qeydini dinlədikdə şok oldu. Buna baxmayaraq, hadisəni təhrif etmək və başqa istiqamətə aparmaq istəyənlər var", - Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı "Vaşinqton Post" qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.

İndiyə kimi, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb.

Siyasət xəbərləri
Muxtar Babayev komissiya sədri oldu-  Sərəncam

Muxtar Babayev komissiya sədri oldu- Sərəncam

13-11-2018 18:31 - Azvision.az - Siyasət
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir: Dövlət Komissiyasının sədri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Dövlət Komissiyasının üzvləri= Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müaviniAzərbaycan Respublikası maliyyə nazirinin müaviniAzərbaycan Respublikası energetika nazirinin müaviniAzərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müaviniAzərbaycan Respublikası səhiyyə nazirinin müaviniAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniAzərbaycan Respublikası təhsil nazirinin müaviniAzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniAzərbaycan Respublikası mədəniyyət nazirinin müaviniAzərbaycan Respublikası gənclər və idman nazirinin müaviniAzərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədriAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiAzərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidentiAzərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidentiAzərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri..
Olaylar.az digər xəbərlər