Qaxda 22 yaşlı gənc özünü asaraq intihara cəhd edib

Qaxda 22 yaşlı gənc özünü asaraq intihara cəhd edib

Qax rayonunda gənc oğlan özünü asaraq intihara cəhd edib.

REAL-ın ONA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saat 18:00 radələrində, rayonun Əlibəyli kənd inzibati ərazisində baş verib.

Kənd sakini 22 yaşlı Qoça Aslanazaşvili intihat etmək məqsədi ilə özünü yaşadığı evin yaxınlığındakı fındıq bağında ağacdan asıb. Q.Aslanazaşvili son nəfəsində yaxınları tərəfindən xilas edilib.

O, ağır vəziyyətdə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan ONA-ya bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən Q.Aslanazaşviliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşməyə doğru gedir.

Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə xəbərləri
Realtv.az digər xəbərlər