Qazaxda aprel döyüşlərinin ildönümü qeyd edilib - FOTOLAR

Qazaxda aprel döyüşlərinin ildönümü qeyd edilib - FOTOLAR
Ordu.az-ın Qərb bürosunun məlumatına görə, Birinci Qarabağ savaşından sonra ordumuzun düşmən üzərində əldə etdiyi zəfərlərdən biri olan aprel döyüşlərinin üçüncü il dönümü Qazaxda təntənəli şəkildə qeyd olunub.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan respublikasının dövlət himni səsləndirilib və aprel döyüşlərindən sonra Azadlıq Meydanında nümayiş etdirilən döyüş bayraqları meydana gətirilib.

Müdafiyə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" devizi ilə təşkil olunan hərbi şöhrət bayramında Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin ölkə daxilində və xaricində apardığı uğurlu, məqsədyönlü siyasətdən eyni zamanda orduda aparılan islahatlar, müasir tələblərə cavab verən silah və texnikanın arsenalımıza daxil edilməsindən söz açılıb.

Bildirilib ki, ordumuz bu gün gücünə və malik olduğu müasir silahlara görə Cənubi Qafqazda birinci, dünyada isə 52-ci yerdə qərarlaşıb. Bu gün hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir, keçirilən hərbi yarışlarda daim birinciliyi təmin edir. Azərbaycan respublikasının silahlı qüvvələrinin hərbçiləri Əfqanıstan, İraq və.s kimi müharibə gedən dövlətlərdə sülhməramlı missiyalar yerinə yetirir. Azərbaycan Ordusunun qoşun növlərindən biri olan Xüsusi Təyinatlı Qüvvələr Türkiyə və ABŞ Xüsusi Təyinatlı Qüvvələri ilə beynəlxalq arenada birinciliyi bölüşür.

Aprel döyüşləri bir daha onu sübut etdi ki, Azərbaycan hər an işğalda olan torpaqlarını hərb yolu ilə geri qaytara bilər. Sadəcə Azərbaycan tərəfi hər zaman humanist addım atır və qarşı tərəfi işğalçılıq prinsipindən əl çəkməyə dəvət edir. Lələtəpə üzərində dalğalanan bayrağımız ona işarədir ki, bu bayraq tezliklə işğal olunmuş bütün torpaqlarda dalğalanacaq.

Tədbirdə iştirak edən şəhid, Qarabağ qazilərinin ailələri də çıxışlarında qeyd ediblər ki, vətənin ərazi bütövlüyü uğrunda canlarından keçməyə onlar da hazırdır. Hər bir şəhid atası, xüsusi ilə dörd aprel şəhidin valideynlərinin çıxışı bu sonluqla yekunlaşıb: "Bu cür möhtəşəm qələbənin il dönümünü işğal altında olan torpaqlarımızda da qeyd edək".

Daha sonra "N" saylı Hərbi Hissənin kəşfiyyat bölüyünün hərbçiləri müxtəlif döyüş fəndləri, özünümüdafiə və həmlə hərəkətlərindən ibarət nümunələr nümayiş etdiriblər. Tədbir incəsənət və mədəniyyət nümayəndələrinin iştirakı ilə musiqili dəqiqələrlə davam edib.

Cümşüd Məmmədov

Siyasət xəbərləri
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:

1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.
Ordu.az digər xəbərlər