Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb

Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb

Qazaxıstan Mərkəzi Bankının tabeliyindəki "Vahid Təqaüd Yığım Fondu" SC (Fond) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin onun qarşısında olan öhdəliklərinin restrukturizasiyası nəticəsində əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb.

"Report" bu barədə qazax mətbuatına istinadən xəbər verir.

Məlumata görə, söhbət dəyəri 29,8 milyard tengə (təxminən 134 milyon manat və yaxud 79 milyon ABŞ dolları) olan qiymətli kağızlardan gedir. Hazırda Fondun portfelində 54,8 milyard tengə (təxminən, 247 milyon manat və yaxud 145 milyon dollar) dəyərində həmin istiqrazlardan qalıb.

İqtisadiyyat xəbərləri
Report.az digər xəbərlər