Qazaxıstanda narazılar küçələrə çıxdı: İqtidara qarşı - SAXLANANLAR VAR


Qazaxıstanda narazılar küçələrə çıxdı: İqtidara qarşı - SAXLANANLAR VAR

Qazaxıstanda kütləvi aksiyalar keçirilir.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Nur-Sultan, Almatı və digər şəhərlərdə keçirilən aksiyalarda 80 nəfər saxlanılıb. Polisin məlumatına görə, aksiyaçılara öz fikirlərini sərbəst şəkildə bildirmək imkanı yaradılıb, ancaq onlar hüquq-mühafizə orqanları ilə qarşıdurmaya cəhd ediblər.

“Kütlə özünü aqressiv aparıb, qadağan olunan dini ekstremist təşkilatı müdafiə edən şüarlar səsləndirib, ictimai asayişi pozub”, - deyə polisdən bildirilib.

Polisin qanuni tələbinə riayət etməyən aksiyaçılara zor tətbiq edilib və onlar saxlanılıb.

Aksiyalar azad seçki tələbiylə keçirilir. Onlar hakim dairələrdən narazılıqlarını bildirib, hakimiyyət - xalq birliyinin olmadığını ifadə ediblər.

Xəzər
Cebhe.info


Oxunma sayı: 67