Qazaxıstanda sosial şəbəkələrə giriş bağlandı

Qazaxıstanda sosial şəbəkələrə giriş bağlandı

Təkcə Twitter və WhatsApp-a giriş açıqdır

Bu gündən etibarən Qazaxıstanda Facebook, Instagram, YouTube və Telegrama giriş məhdudlaşıb.

Xəbər verilir ki, beynəlxalq qeyri-hökuməti təşkilatı olan "NetBlocks" tərəfindən aparılan texniki monitorinqə əsasən, mayın 9-da internet-provayderlər sosial şəbəkələrə girişə blok qoyublar.

Qeyd edək ki, son aylar Qazaxıstanda müntəzəm olaraq sosial şəbəkələrə giriş bloklanır. Belə ki, hökumət əhalini kütləvi nümayişlərə çağıran, ölkədən qovulan müxalifətçi Muxtar Ablyazovla canlı rabitəni məhdudlaşdırmağa çalışır.

Bundan başqa, ölkə ərazisində bir neçə sayta giriş də bağlanıb.

Ötən gün isə Baş Prokurorluq müraciət yayaraq vətəndaşları razılaşdırılmamış mitinqlərə çıxmamağa səsləmişdi və mitinqə çıxacaq şəxslərin məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq etmişdi.(Qafqazinfo)

pia.az