“Qazprom”un menecerinin evindən seyf oğurlandı

“Qazprom”un menecerinin evindən seyf oğurlandı

Yeni Moskvada "Qazprom"un top-menecerinin evindən içərisində 390 min rubl (təxminən 10 min manat) olan seyf oğurlanıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, "Qazprom" şirkətinin hüquq şöbəsinin rəis müavini Vladimir Alisovun evinə dünən çağırılmamış qonaqlar təşrif buyurub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində oğruların barmaq və ayaqqabı izlərini aşkarlayıblar. Cinayətkarlar axtarılır.

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər