“Qəbələ” və “Neftçi” yenə qələbə sevinci yaşadı - VİDEO

“Qəbələ” və “Neftçi” yenə qələbə sevinci yaşadı - VİDEO

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.


Turun son günündə iki qarşılaşma baş tutub. “Qəbələ” “Zirə”ni , “Sabah”“Neftçi”-ni qəbul edib.


“Qəbələ” - “Zirə” qarşılaşmasında meydan sahibləri üç xal qazanıb. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər.


Paytaxt derbisində də maraqlı oyun nümayiş etdirilib. Ölkənin ən titullu klubu “Neftçi” debütant “Sabah”ın qonağı olub. Çempionluq mübarizəsi aparan “ağ-qaralar” yalnız rəqib azlıqda qaldıqdan sonra meydan sahiblərinin müqavimətini qırıb.


Qeyd edək ki, turun ilk günündə “Səbail” “Sumqayıt”ı 2:1, “Qarabağ” “Keşlə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.(oxu.az)

Açar sözlər
Azərbaycan , Qarabağ , Qəbələ , Səbail , Sumqayıt
İdman xəbərləri
Moderator.az digər xəbərlər