“Qəbələ”nin futbolçusuna daha bir təklif

“Qəbələ”nin futbolçusuna daha bir təklif

“Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadə Şotlandiyada daha bir klubun maraq dairəsinə düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Şotlandiya mətbuatı yayıb.

Bildirilir ki, Azərbaycan millisinin üzvü uğrunda “Seltik”lə mübarizəyə əzəli rəqibi “Reyncers” də qoşulub. Həmkarlarımızın yazdığına inansaq, “Seltik”in danışıq apardığı 22 yaşlı mərkəz müdafiəçisini rəqibindən "oğurlamağa" çalışan “Reyncers” Azərbaycandakı əlaqələrini işə salmağa hazırlaşır.
Bu baxımdan yarımmüdafiəçi Endi Hallideyə böyük iş düşəcək. Klub rəhbərliyi hesab edir ki, bir müddət əvvəl ölkəmizdə məhz “Qəbələ”nin formasını geyinmiş Hallidey Bəhlulu “Reyncers”ə keçməyə razı sala bilər.
Qeyd edək ki, Bəhlul Mustafazadənin “Qəbələ” ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

İdman xəbərləri
Qafqazinfo.az digər xəbərlər