Qənirə Paşayeva Qazaxıstanın dövlət katibi ilə görüşdə Qarabağdan danışıb

Qənirə Paşayeva Qazaxıstanın dövlət katibi ilə görüşdə Qarabağdan danışıb



Qazaxıstanın dövlət katibi Gülşara Abdukalikova ilə görüşdə millət vəkili Q.Paşayeva deyib ki, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da artması sevindirici hadisədir. Ölkələrimizin rəhbərləri cənab İlham Əliyev və Nursultan Nazarbayev arasında olan yüksək dostluq münasibətlərinin və onların rəhbərliyi altında iki qardaş ölkə münasibətlərinin inkişafı istiqamətində görülən önəmli işlər və layihələrdən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycan parlamentinin də Qazaxıstanla əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Qənirə Paşayeva deyib ki, Azərbaycan və Qazaxıstan parlament üzvləri, Parlamentlərarası Dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində əməkdaşlığı və işbirliyini daha da artırmalıdır. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib. Qazaxıstan Dövlət Katibi Gülşara Abdukalikovahər zaman qardaş Azərbaycanın yanında olduqlarını,Azərbaycanla Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlərdə bundan sonra da daha da artacağına inandıqlarını və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Qazaxıstanın bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını deyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva görüşün sonunda Qazaxıstanın Dövlət Katibi Gülşara Abdukalikovaya Qarabağ həqiqətləri ilə bağlı materialları, filmləri təqdim edib. Millət vəkili Q. Paşayevaya həmçinin Qazaxıstanın fəal qadın təşkilatları rəhbərləri ilə də görüşüb, geniş fikir mübadiləsi aparılıb.

Açar sözlər
Nursultan Nazarbayev , Ilham Əliyev , Qənirə Paşayeva , Azərbaycan , Qarabağ , Qazaxıstan , Ermənistan , Irəvan
Siyasət xəbərləri
Musavat.com digər xəbərlər