Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib

Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib

Qərbi Kaspi Universitetində "Xalqın keçmiş tarixi, etnogenezi, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər" mövzusunda Respublika elmi konfransı keçirilib.

Konfransa Qərbi Kaspi Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitututları, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Heydər Əliyev adına AAHM, Sumqayıt Dövlət Universitetinin mütəxəssisləri, tədiqatçıları qatılıb.

Konfarnsın açılışında çıxış edən Qərbi Kaspi Universitetinin rektoru, professor Andres Leitas universitetin müxtəlif elm sahələri üzrə tədiqatların aparılmasına xüsusi diqqət yetirdiyini qeyd edib. "Universitetin intellektual bazasını elmi tədqiqata yönləndirməyi düşünürük. Məqsədimiz yüksək səviyyəli təhsil standartlarını qorumaq və şaxələndirməklə yanaşı nəinki regionda, bütün dünyada tanınan nüfuzlu tədqiqat universitetinə çevrilməkdir" - deyə rektor bildirib.
A.Leitas universitetin son illərdə həyata keçirdiyi proqramlar barədə məlumat verib, yeni qurulan unikal laboratoriya və mərkəzlərin tələbələrin daha yüksək keyfiyyətli təhsil almaq, praktik biliklərə yiyələnmək baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən filologiya elmləri doktoru Sevinc Əliyeva, filologiya elmləri doktoru, professor Lalə Quliyeva, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və başqaları konfransın əhəmiyyətinə toxunub, Qərbi Kaspi Universitetinin elmin aktual istiqaməti üzrə tədqiqatçıları bir araya gətirməsinin yeni tədqiqatlara yol açacağına əmin olduqlarını bildiriblər.
Daha sonra konfrans işini plenar iclaslarda davam etdirib, mövzu ilə bağlı məruzələr dinlənilib.

Konfransda onomastik vahidlər, onların xalqın tarixindəki rolu, qədim abidələrin dilindəki onomastik vahidlər, onomastik vahidlərin poetik-üslubi xüsusiyyətləri, onomastik normalar haqqında, yazıçı və şairlərin əsərlərindəki onomastik vahidlər, onomalogiyanın nəzəri əsasları, onomastik mənbələrin xarakteristikası və s. mövzular ətrafında müzakirələr aparılıb.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

24-04-2019 18:57 - Olaylar.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra "Azedu.az", "Yenixeber.org", "Baku News" (baku.news), "42-ci paralel.az", "Sozcu.info", "Denizxeber.az" xəbər portalları, "Region mediası" qəzeti, "Ustad" dərgisi, "Loqos", "Düyməcik", "Elmi iş" jurnalları, "ONN media" (onn.az) və "Elit" İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.