Qərbin digər xalqları öz məqsədləri üçün istifadə etmək planı- Geosiyasət

Qərbin digər xalqları öz məqsədləri üçün istifadə etmək planı- Geosiyasət

Və onun uğursuz nəticələri

Hər il İkinci Dünya Müharibəsinin ildönümü qeyd edilən ərəfədə faşist Almaniyası və onun quruusu Adolf Hitler barədə mübahisəli məqamlar, fikirlər ortaya çıxır. Bəziləri Hitlerin qaniçən, ümumilikdə bəşəriyyət üçün təhlükəli olduğunu iddia etdiyi halda, digər qism isə nasistlərin rəhbərinin müsbət tərəflərinə diqqət çəkir. Bildirilir ki, əslində Hitler başlamış olduğu mübarizə ilə müstəmləkə siyasəti yürüdənlərə qarşı çıxır, onlar Hitler üçün başlıca düşmən hesab edilirdi. Ekspert Əkrəm Həsənov da müəyyən mənada bu qənaətdədir. Onun sözlərinə görə, hesab olunur ki, II Dünya Müharibəsində sivil və humanist Qərb kommunist SSRİ ilə birgə nasist Almaniyası və onun müttəfiqləri üzərində qələbə çalıb: "Guya Hitler arilərdən savayı heç kəsi adam yerinə qoymurdu. Amma nədənsə ilk növbədə elə arilərlə savaşırdı. Daha dəqiq desək ingilis və fransızlarla. Yəhudiləri isə ümumiyyətlə qırmaq istəyirdi. Düzdür, sonuncu məsələ elə də aşkar deyil. Məsələn, Almaniya yəhudilərini fürer nədənsə qırmadı, sadəcə Şərqi Avropaya köçürdü. Lakin gəlin yəhudilərə qarşı çox da sərt olmayaq. Onlara öz dövlətlərini yaratmaq lazım idi, odur ki, bu müharibədan maksimum yararlandılar, o cümlədən faşistlərin vəhşiliklərini dəfələrlə şişirtdilər. Bu gün guya azad sözün hökm sürdüyü bəzi Avropa ölkələrində Holokostun inkarı belə cinayət hesab olunur. Bu da vacib deyil. Mühüm olanı budur ki, niyə Yaponiya başda olmaqla hətta bəzi Asiya ölkələri də Hitlerin müttəfiqi idi? Axı yaponlar kimi iddialı xalq necə asiyalıları, o cümlədən yaponları guya heyvanabənzər məxluq zənn edən Hitlerin müttəfiqi ola bilərdi? Bəlkə, əslində, nasistlər asiyalılar haqda belə fikirdə olmayıblar? Ola bilər ki, hazırda bizə təqdim edilən qədər olmayıblar. Lakin Üçüncü Reyxin irqi nəzəriyyəsi ümumən məlum faktdır. Bəs onda niyə elə həmin Yaponiya antihitler koalisiyasına qoşulmadı? Bəlkə sadəcə ona görə ki, həqiqətdə başda İngiltərə, Fransa və Birləşmiş Ştatlar olmaqla antihitler koalisiyasının üzv-ölkələri ideoloji baxımdan faşistlərdən az fərqlənirdi? Axı əvvəl-axır bu, Qərb dünyasının savaşı idi. Mədəni baxımdan Almaniya Qərb rəqiblərindən heç nə ilə seçilmirdi. Bu vahid sivilizasiya idi. Bu gün də olduğu kimi. Söhbət sadəcə Avropadaxili davadan gedirdi. Digər ölkələr sadəcə bu müharibəyə cəlb edilmiş və material kimi istifadə olunmuşdu".
Əkrəm Həsənov deyir ki, vahid Avropa sivilizasiyasından danışanda söhbət yalnız mədəniyyət, incəsənət, elm, mentalitet və s. getmir: "Söhbət həmçinin üçüncü dünyaya münasibətdən gedir. XX əsrin əvvəlinə ingilislər və fransızlar (öncə ispanlar və purtuqaliyalılar) Amerikanın yerli əhalisini qırmış, Afrikanın və bir sıra Asiya ölkəsinin əhalisi ilə heyvan kimi davranırdılar. Bu, sadəcə total genosid idi! XX əsrin ortalarınadək Avropada hətta insan zooparkları var idi. Nə qədər təəccüblü olsa da, deyilənə görə, ilk dəfə onları Hitler yasaq edib. Buna görə də Avropa dövlətləri arasında irqi müstəvidə hansısa ideoloji ziddiyyətdən danışmaq gülməlidir. Hitler sadəcə şovinist Qərb ənənəsinin davamçısı idi. Sadəcə digər Avropa ölkələrindən fərqli olaraq, Almaniyanın müstəmləkələri yox idi. Buna görə də XX əsrin əvvəlində hamıdan çox azğınlıq edirdi.
Bu müharibənin iştirakçıları arasında daha çox beynəlmiləlçiliyi ilə məhz SSRİ seçilirdi. Gürcünün idarə etdiyi SSRİ-də millətçilik yalnız məişət xarakterli ola bilərdi. Bu mənada mənəvi qalib məhz daha çox insani və maddi qurban vermiş Sovet İttifaqı oldu. Amma hətta SSRİ-də də müxtəlif millətlərin (ruslar daxil) on minlərlərlə nümayəndəsi Hitlerin tərəfinə keçirdi. Almaniyanın tərəfində digərləri ilə yanaşı Azərbaycan Legionu da vuruşub. Deyirlər ki, Hitler gürcülərə və ermənilərə deyil, daha çox məhz türklərə, müsəlmanlara etibar edirdi.
Buradan bir nəticə hasil olur. II Dünya Müharibəsi resurslar uğrunda adi savaş idi. Burada ideologiya əsas xarakter daşımırdı. Qərb növbəti dəfə digər xalqları öz məqsədləri üçün istifadə edirdi, sonunclulara isə kimin tərəfində vuruşmağın fərqi yox idi. Seçim ani maraqlardan asılı idi". Əkrəm Həsənovun sözlərinə görə, nə qədər təəccüblü olsa da, bu müharibənin ideoloji tərəfinin yekunda böyük əhəmiyyəti oldu: "Antihitler koalisiyası antinasist təbliğatında o qədər canfəşanlıq etdi ki müharibədən sonra Qərb bütövlükdə irqi ayrı-seçkiliyə son qoymalı oldu. Əks halda sual yaranırdı ki, sizin Hitlerdən fərqiniz nədir?. Nəticədə Britaniya və Fransa müstəmləkə imperiyaları çökdü, ABŞ isə daxildə iqrçilikdən imtina etməli oldu. Buna görə də II Dünya Müharibəsi həqiqətən faşizm üzərində qələbə ilə bitdi. Qərbin faşizmi üzərində. Təsadüfi deyil ki, Azərbyacanda bu gün məhz belə də adlanır".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər