Qətərdə keçirilən beynəlxalq tədbirdə erməni təxribatının qarşısı alındı

Qətərdə keçirilən beynəlxalq tədbirdə erməni təxribatının qarşısı alındı
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyevadan ibarət Azərbaycan nümayəndə heyəti Beynəlxalq Parlamentlərarası İttifaqın aprelin 6-dan 10-dək Qətərin paytaxtı Dohada keçirilən "Sülh, təhlükəsizlik və qanunun aliliyi üzrə təhsilin səviyyəsinin artırlımasında parlamentlərin rolu” mövzusunda 140-cı assambleyasında iştirak ediblər.
Parlamentin mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, tədbirə dünyanın 150-dən artıq ölkəsindən 2200-dən çox nümayəndə qatılıb.
Açılış mərasimində Qətərin əmiri şeyx Təmim bin Həməd Al Tani, Qətər Parlamentinin sədri Əhməd bin Abdullah Al Mahmud, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və baş katibi Martin Çunqonq nitq söyləyiblər, sonra BMT-nin baş katibi Antonio Qutierreşinvideomüraciəti nümayiş etdirilib.
Milli Məclisin deputatı Şahin İsmayılov Assambleyanın Gənc Parlamentarilərinin Forumunda çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən gənclər siyasətibarədə ətraflı məlumat verib, ötən il Bakıdatəşkil olunmuş Gənc Parlamentarilərin V Qlobal Konfransından söz açıb. Forumda həmin konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq bildirilib.
Assambleyanın Sülh və beynəlxalq təhlükəsizlik üzrə Daimi Komitəsinin iclasında "Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Qurumun həmməruzəçiləri Xalid Al Bakkar ilə BorisTarasyukun hazırladığı həmin sənədə dair 20 dövlət tərəfindən təqdim olunmuş 120-dən çox təklif müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti adından qətnamə layihəsinə təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayan Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizdə bu sahədə qüvvədə olan qanunvericilik aktları və həyata keçirilən tədbirlər barədə Forum iştirakçılarını geniş məlumatlandırıb. Bildirib ki, təklif olunan dəyişikliklər "Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnaməyədövlətlərin ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ifadəsinin də əlavə olunmasını nəzərdə tutur. İclasda dəyişiklik səsə qoyulub və Ermənistan tərəfinin etirazlarına baxmayaraq, yekdilliklə qəbul edilib.
Bildirilir ki, assambleyada Ermənistan nümayəndə heyəti növbəti təxribata əl ataraq qətnamə layihəsinə dair bütün mətn üzrə ərazi bötüvlüyü ifadəsinin çıxarılmasını və xalqların öz müqəddəratını təyin etmək hüququ ifadəsinin əlavə olunmasını nəzərdə tutan 9 təklif irəli sürüb. Həmin təkliflərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti qəti etiraz bildirib, o təkliflərin qəbuledilməzliyini və heç bir məntiqə sığmadığını əsaslandırıb, onların rədd edilməsi təkid olunub. Səsvermə nəticəsində Ermənistan deputatlarının irəli sürdüyü təkliflərin heç biri qəbul edilməyib, əksinə, qətnamə layihəsinin adında ərazi bütövlüyü ifadəsinin əlavə edilməsi məqsədəuyğun hesab olunub. Qətnamənin yekun layihəsi Parlamentlərarası İttifaqın Assambleyasında səsə qoyularaq qəbul edilib.
Assambleyanın işində Milli Məclisin nümayəndə heyəti ilə birgə Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak edib.
www.ann.az
Siyasət xəbərləri
Prezident Təşkilat Komitəsi yaratdı — SİYAHI

Prezident Təşkilat Komitəsi yaratdı — SİYAHI

11-04-2019 16:15 - Olke.az - Siyasət
“Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu il 14-15 noyabr tarixlərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:Təşkilat Komitəsinin sədriƏli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müaviniTəşkilat Komitəsinin üzvləriŞeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədriZeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiriƏli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiriEtibar Nəcəfov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiriSamir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziriƏbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziriMübariz Qurbanlı - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriVüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisiÜlvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədriRamiz Həsənov - Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniİsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentiSiyavuş Novruzov - Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədriAslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədriRövşən Məmmədov - “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müaviniİsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədriAleksandr İşein - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopuMilix Yevdayev - Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədriSalman Musayev - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müaviniVasim Məmmədəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri.2.
Ann.az digər xəbərlər
Prezident Təşkilat Komitəsi yaratdı

Prezident Təşkilat Komitəsi yaratdı

11-04-2019 16:29 - Ann.az - Siyasət
"Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu il 14-15 noyabr tarixlərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:Təşkilat Komitəsinin sədriƏli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müaviniTəşkilat Komitəsinin üzvləriŞeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədriZeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiriƏli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiriEtibar Nəcəfov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiriSamir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziriƏbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziriMübariz Qurbanlı - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriVüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisiÜlvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədriRamiz Həsənov - Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniİsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentiSiyavuş Novruzov - Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədriAslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədriRövşən Məmmədov - "Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müaviniİsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədriAleksandr İşein - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopuMilix Yevdayev - Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədriSalman Musayev - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müaviniVasim Məmmədəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri.2.