QHT-lər üçün yeni Mühasibat uçotu qaydalarına dair təlimlər Quba şəhərində keçirilmişdir (+FOTOLAR)

QHT-lər üçün yeni Mühasibat uçotu qaydalarına dair təlimlər Quba şəhərində keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, “Gənc Mühasiblər” İctimai Birliyivə GMB Klaster Konsaltinq şirkətinin təşkilatçılığı ilə "Qeyri-Hökumət Təşkilatları tərəfindən İctimai sektor üçün Mühasibat uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən mühasibat uçotunun aparılması qaydaları" layihəsi üzrə təlimlər davam edir.

Layihə çərçivəsində Bakı, Şirvan və Quba şəhərlərində yeni mühasibat uçotu qaydalarına dair təlimlər artıq həyata keçirilmişdir. Növbəti təlimlərin isə Gəncə şəhərində QHT-lərin iştirakı ilə təşkil edilməsi nəzərdə tutulmuşdur. Təlimlər Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən keçirilir.

Yeni mühasibat uçotu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 573 nömrəli Qərarı ilə bütün QHT-lər üçün məcburidir.

Həmçinin layihə çərçivəsində 2019-cu ilin sonuna qədər qaynar xətt xidməti fəaliyyət göstərəcək.
Maliyyə sənədlərində yeni qaydalardan irəli gələn və maliyyə hesabatları verilən zaman yaranan problemlərlə bağlı suallarınızı Qaynar xəttə ünvanlaya bilərsiniz.

Qaynarxətt: 012 565 57 23

!© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

İqtisadiyyat xəbərləri
Azpress.az digər xəbərlər
Qobu qəsəbəsində şəhidlərin xatirəsi yad edilib (+FOTOLAR)

Qobu qəsəbəsində şəhidlərin xatirəsi yad edilib (+FOTOLAR)

08-05-2019 04:30 - Azpress.az - Siyasət
AZ xəbər verir ki, Abşeron rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun və qəsəbə şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Şəhidlər muzeyi önündə keçirilən mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, yüzlərlə qəsəbə sakini, şəhidin yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin ailəsinə başsağlığı verib və aprel döyüşləri zamanı hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan İradə Gülməmmədova qeyd edib ki, dörd günlük savaşda düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşərək bir daha əmin oldu ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir.
İ.Gülməmmədova çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.
Mərasimdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirərən şəhidin atası İntiqam Heydərov qeyd edib ki, bu gün bir daha əmin oldum ki, Əli ölməyib, o, bu gün yaşayır.