QHT-lərə Dövlət Dəstəyi Şurasının kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

QHT-lərə Dövlət Dəstəyi Şurasının kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Liderinin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üzərinə də güllər qoyulub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə müsahibəsində deyib ki, ölkəmizin bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Ulu Öndərin böyük xidmətləri olub. Müstəqilliyimizin qorunub saxlanılmasına, Azərbaycanın inkişafına, dünyada layiqli yer tutmasına, ümumiyyətlə, əldə olunan bütün uğurlara görə Ümummilli Liderə borcluyuq. Müasir müstəqil dövlətimizin qurucusu və inkişafının təminatçısı olan dahi şəxsiyyətin məzarını ziyarət etmək, onun əziz xatirəsini uca tutmaq hər bir azərbaycanlının borcudur. Ulu Öndərin xatirəsi hər zaman qəlblərdə yaşayacaq, onun xalqımız, dövlətimiz qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq.

Ümummilli Liderin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün bizim vətəndaş cəmiyyəti quruculuğunda çox böyük uğurlarımız var. Məhz bu uğurların bünövrəsində dahi lider Heydər Əliyevin siyasəti ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən tədbirlər durur. Ölkə başçısı Azərbaycanın müasir quruculuğu istiqamətində çox böyük işlər görür. Həyata keçirilən sosial islahatlar hər bir vətəndaşın rifah halının yaxşılaşmasına, dövlətimizin möhkəmlənməsinə istiqamətlənib.

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər