“Qiyamət günü” silahı suya enir, ABŞ çarəsizdir

“Qiyamət günü” silahı suya enir, ABŞ çarəsizdir

Rusiyanın “Poseidon” pilotsuz sualtı aparatını, yaxud nüvə başlığı daşıyan və 1 kilometrdən də yuxarı dərinlikdə böyük sürətlə hərəkət edə bilən torpedosunu daşımaq üçün nəzərdə tutulan sualtı qayıq bu günlərdə suya endirilib.

Virtualaz.org xəbər verir ki, Severodvinskdə yerləşən “Sevmaş” müəssisəsində yığılan “Belqorod” atom sualtı qayığı aprelin 23-də sınaqlara başlayıb. Bu sualtı qayıq Putinin “qiyamət günü silahı” da adlandırılan “Poseidon” pilotsuz sualtı döyüş aparatını daşıyacaq. Hər belə qayıqda 6 “Poseidon” yerləşdirmək nəzərdə tutulur. Rusiya donanmasının sərəncamına cəmi 4 belə sualtı qayıq vermək planlaşdırılıb.

Rusiyanın bir neçə supersilahlarından biri olan “Poseidon” sualtı aparatı ABŞ hərbi dairələrində xüsusilə ciddi narahatlıq yaradıb. “The Washington Free Bacon” yazır ki, Amerika hərbçiləri bu sualtı aparatın analoquna malik olmadıqlarını təsdiq edirlər.

“Amerika xüsusi xidmət orqanlarının qiymətləndirmələrinə görə “Poseidon” onlarla meqaton gücündə nüvə başlığı ilə təchiz ediləcək. Belə görünür ki, ruslar sualtı aparatı 100 meqaton gücündə başlıqla təchiz etməyi nəzərdə tutuurlar. Bir sualtı qayığın daşıdığı “Poseidon”ların partlaması zamanı yaranan radiasiya ABŞ-ın strateji nüvə arsenalının gücünü aşır”-nəşr yazır.

Qeyd olunur ki, “Poseidon” min milyonlarla dinc insanı məhv etmək, böyük şəhərləri dağıtmaq üçün nəzərdə tutulub. Və bu silahın tətbqi olunması təhdidini azaltmağın yeganə yolu danışıqlardır. Başqa sözlə, ABŞ-ın bu silaha qarşını almaq üçün hərbi vasitəsi mövcud deyil.

Bu ilin fevralında Rusiya Müdafiə Nazirliyi “Poseidon”un poliqon sınaqlarına dair videogörüntüləri yayıb. O zaman prezident Vladimir Putin bildirmişdi ki, “Poseidon”un daşıyıcısı yazda suya endiriləcək. “Poseidon”un özünün suda sınaqları isə yayda başlamalıdır.

“Poseidon”un sürəti suyun 1 kilometrdən çox dərinliyində saatda 200 kilometrdən çoxdur, heç bir başqa torpedo bu cür böyük sürətə malik deyil. Sualtı aparat nüvə yanacağı ilə işləyən mühərriklə təchiz edilib. Hesab edilir ki, bu silahın tətbiqi nəticəsində nəhəng okean dalğaları yaranacaq və böyük şəhərlər su altında qalacaq.

Virtualaz.org

Açar sözlər
Vladimir Putin , Müdafiə Nazirliyi , Abş , Rusiya , Belqorod
İKT xəbərləri
 Azərbaycanda Falcons Summit sammiti keçirilir

Azərbaycanda Falcons Summit sammiti keçirilir

26-04-2019 15:50 - Xeberler.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən Bakı şəhərində “Falcons Summit” adlı qlobal tədbir təşkil olunub.
Xeberler.az bildirir ki, “Falcons Summit”in əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir.
Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib.
Sammitin bu gün keçirilən açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BP şirkətinin rəhbər şəxsləri çıxış edib.
Daha sonra İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Azərbaycanın investisiya potensialını, ölkəmizə investisiya yatırımının perspektivlərini əhatə edən “İnnovaNation” adlı videoçarx nümayiş olunub.
Sözügedən sammit Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman), eləcə də, Yaponiya, İtaliya, Fransa, İsrail, İsveçrə, Böyük Britaniya, Türkiyə, Belarus, ABŞ, Qazaxıstan, Koreya, Braziliya, Almaniya, Rusiya, Çexiya, Hindistan və Ukraynadan olan investor, startapçı, sahibkar, şirkət və təşkilat nümayəndələrini bir araya toplayıb.
Tədbirdə adıçəkilən ölkələrdən nümayəndə heyəti ilə yanaşı, dövlət və hökumət strukturlarından rəhbər şəxslər, diplomatik korpusların təmsilçiləri, bank-maliyyə seqmentinin nümayəndələri və özəl şirkət təsisçiləri iştirak edib.
Ümumilikdə tədbirə 500-dən çox layihə və şirkətlərin nümayəndələri qatılıb.
26 aprel tarixinədək davam edəcək “Falcons Summit” çərçivəsində potensial investor, vençur fond və startap şirkətləri arasında “B2B” formatında görüşlərin təşkili də nəzərdə tutulur.
Virtualaz.org digər xəbərlər