Qlobal bazarda kəskin bahalaşma: Ət və süd...


Qlobal bazarda kəskin bahalaşma:Ət və süd...

Qlobal ərzaq qiymətləri apreldə əvvəlki aya nisbətən 1,5 faiz artıb. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, süd məhsulları, ət, bitki yağı və şəkərdən ibarət olan 5 əsas qida maddəsinin qiymətlərinin və ticarətinin izlənməsi ilə hazırlananƏrzaq Qiymətləri İndeksi, apreldə əvvəlki aya nisbətən 1,5% artıb və orta hesabla 170 bənd olub.

Qlobal ərzaq qiymətlərinin yüksəlməsinə, ət və süd məhsullarının qiymətlərindəki kəskin artım səbəb olub. Süd məhsulları, ət, şəkər və bitki yağı qiymətlərində dünya miqyasında artım baş verərkən, taxılların (buğda, qarğıdalı, düyü) qiymətlərində azalma görülüb.

Taxıl Qiyməti İndeksi, istehsal gözləntilərinin müsbət olduğu şəraitdə mart ayı ilə müqayisədə apreldə 2,8 faiz düşüb. Süd Məhsullarının Qiymət İndeksi apreldə əvvəlki aya nisbətən 5,2% artıb.Bu artıma,Okeaniyada quraq havaya bağlı olan narahatlıqlar ilə bərabər,güclü qlobal idxal tələbinin də səbəb olduğu güman edilib.

Ət Qiyməti İndeksimart ilə müqayisədəapreldə 3 faiz artıb,həmin dövrdə Bitki Yağı İndeksi 0,9 faiz, Şəkər Qiymət İndeksi də 0,8 faiz yüksəlib. (marja)

Cebhe.info


Oxunma sayı: 221