Qran Pri öncəsi pit-yolu gəzintisi təşkil olunub

Qran Pri öncəsi pit-yolu  gəzintisi təşkil olunub

Bu gün Formula 1 SOCAR Azərbaycan Qran Prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub.

Metbuat.az xəbər verir ki, avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər. Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.

Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan Qran Prisi aprelin 26-28-də Bakıda keçiriləcək.

Kənan Məmmədov / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Kənan Məmmədov , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Socar , Azərbaycan , Bakı
İdman xəbərləri
Metbuat.az digər xəbərlər