Qrizman Messiylə Suarezin nəticəsini təkrarladı

Qrizman Messiylə Suarezin nəticəsini təkrarladı

İspaniya La Liqasının XXXIV turunda "Atletiko" "Valensiya" ilə qarşılaşıb.

Oyunda komandasının ikinci qoluna imza atan Antuan Qrizman maraqlı göstərici ilə diqqət mərkəzinə düşüb.

Fransalı hücumçu Primeranın cari mövsümündə 15-ci dəfə fərqlənməklə ardıcıl 5 mövsümdə bu həddə çatan üçüncü oyunçu olub.

Ondan əvvəl isə belə göstəricini "Barselona"nın superulduzları Messi və Suarez göstərmişdi.

goal.az
Açar sözlər
Antuan Qrizman , Ispaniya , Fransa , Barselona , Valensiya
İdman xəbərləri
Azxeber.com digər xəbərlər