Qubada dördotaqlı ev yanıb

Bakı, 25 aprel, AZƏRTAC
Qubada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə Quba rayonunun Çayqışlaq kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 3 otağı və əşyaları 70 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Açar sözlər
Fövqəladə Hallar Nazirliyi
, Bakı
, Quba