Qubada yeniyetməni bir həftədə iki dəfə it dişlədi - FOTO

Qubada yeniyetməni bir həftədə iki dəfə it dişlədi - FOTO

Quba rayonunda yeniyetmə bir həftə ərzində iki dəfə it dişləməsinə məruz qalıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun Almazqazmalar kənd sakini, 2004-cü il təvəllüdlü Vüsal İntiqam oğlu Qurbanovu öz iti dişləyib.

Onun bildirdiyinə görə, bir neçə gün əvvəl yolda quyuya düşmüş küçə itini də xilas etmək istəyərkən itin hücumuna məruz qalıb.

V.Qurbanova Quba Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksinasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Unikal.org digər xəbərlər