Qudasının yasına getdi, mərasimdə dünyasını dəyişdi

Bərdə rayonunda yas mərasimində ölüm hadisəsi baş verib.
Report-un məlumatına görə, Güloğlular kəndində qudasının yas mərasimində iştirak edən Ağdərə rayon sakini Baloğlan Məmmədovun halı qəfil pisləşib.
Hadisə yerinə "təcili yardım" çağırılsa da, B.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.