“Qüds - müsəlman dünyasının şərəf məsələsidir” -  “Qələm” Yazarlar Birliyi müsabiqə elan etdi

“Qüds - müsəlman dünyasının şərəf məsələsidir” -  “Qələm” Yazarlar Birliyi müsabiqə elan etdi

“Qələm” Yazarlar Birliyi hər il olduğu kimi, yenə də mübarək Ramazan ayının son cüməsi - Beynəlxalq Qüds Günü ilə əlaqədar “Qüds -müsəlman dünyasının şərəf məsələsidir” mövzusunda məqalə müsabiqəsi elan edib.


Bu haqda

Moderator.az-a Birliyin sədri Qurban Cəbrayıl məlumat verib.


Müsabiqənin şərtləri aşağıdakı kimidir:


- Təqdim olunan yazılar orijinallığı ilə seçilməli; mövzunu tam əhatələməklə problemin əsas mahiyyətini açmalı; məsələnin aktuallığını - mövcud bəşəri prinsiplərin pozulması, beynəlxalq hüququn, eləcə də qüvvədəki BMT qətnamələrinin tapdalanması üzündən yaranan qlobal təhlükəni diqqətə çatdırmalı; sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, haqq-ədalətin müdafiəsini təbliğ etməlidir.



- Məqalələr 9-11 min kompüter işarəsi həcmində olmalıdır və yalnız müvafiq elanının dərcindən sonra (12 aprel) hər hansı KİV-də - qəzetdə, jurnalda, elektron resurslarda verilə bilər.


- Müsabiqə üçün nəzərdə tutulmuş yazılar mayın 25-dək [email protected] ünvanına göndərilməlidir.


- Nəşr edilən, saytlarda yerləşdirilən yazıların sonunda “Qələm” Yazarlar Birliyinin Qüdslə bağlı keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi vacibdir.


Münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerlər üzrə müəyyənləşdirilən qaliblərə pul mükafatı, qiymətli hədiyyələr veriləcək, müqəddəs məkanların ziyarəti imkanı yaradılacaq.


“Qələm” Yazarlar Birliyi sizlərə uğurlar diləyir.


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər