Quduz it Lənkəranda 9 nəfəri xəstəxanalıq etdi (VİDEO)

Quduz it Lənkəranda 9 nəfəri xəstəxanalıq etdi (VİDEO)

Hadisə ötən gün gecə saatlarında Lənkəranın Liman şəhəri ərazisində baş verib.


AZXEBER.COMARB-yə xəbər verir ki, quduzlaşmış it 8 kişi və 1 qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.


Yaralananlar; 64 yaşlıŞakir Hüseynov, 62 yaşlıNailə İsmayılova, 60 yaşlıMeysəm Əkbərov, 45 yaşlıTahir Muradov, 31 yaşlıZahid Həbibov, 29 yaşlıAnar Abbasov, 25 yaşlıİsa Aslanlı, 20 yaşlıTural Kazımlıvə 19 yaşlıƏlifağa Məmmədovtəcili tibbi yardım maşınları və şəhər sakinlərinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Gəray Əzimov – Həkim: "Şöbəyə 9 nəfər itqapma ilə əlaqədar müraciət edib. Onlardan 8-i ambulator yardım olunandan sonra evə buraxılıb. 1nəfər isə travması nisbətən çox olduğu üçün nəzarətdə saxlanılıb. Sabah vəziyyətinə baxılacaq. Ehtiyac olmasa evə buraxılacaq”.


Anar Abbasov – Zərəçəkən: "Saat 23:00 radələrində binanın həyətində idim. Su alıb evə qalxırdım. İtlə üzbəüz çıxdım. Fikirləşdim adi itdir. Qəflətən üzərimə hücum çəkdi. Əlimdəki sellofaları atıb onu vurdum, o da əllərimi dişlədi”.


Quduz itin sonrakı taleyinə gəlincə, Liman sakinləri çətinliklə də olsa gecə saat 03:00 radələrində heyvanı zərərsizləşləşdirə biliblər.


Açar sözlər
Anar Abbasov , Nailə Ismayılova , Şakir Hüseynov , Isa Aslanlı , Tural Kazımlı , Zahid Həbibov , Meysəm Əkbərov , Tahir Muradov , Gəray Əzimov , Lənkəran Rayon Mərkəzi Xəstəxanası , Lənkəran , Xəsarət
Hadisə xəbərləri
Azxeber.com digər xəbərlər