Quduzlaşmış itlər daha 9 nəfəri dişlədi - Foto

Quduzlaşmış itlər daha 9 nəfəri dişlədi - Foto

Lənkəranda itqapma hadisəsi nəticəsində 9 nəfər xəstəxanalıq olub.

Axar.az xəbər verir ki, anoloji hadisələr nəticəsində səkkizi kişi və biri qadın olmaqla, 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə Liman şəhəri ərazisində baş verib. Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib. 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və Anar adlı bir şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra əksəriyyəti evə buraxılıb. Onların hamısına sabah quduzluğa qarşı vaksin vurulacaq.

Hadisə xəbərləri
Axar.az digər xəbərlər