“Qum Pişiyi”ndən 120-lik “Nizə”: Onun adı “Spear Mk 2” mobil minaatanıdır - HƏRBİ EKSPERT (ANALİZ)

“Qum Pişiyi”ndən 120-lik “Nizə”: Onun adı “Spear Mk 2” mobil minaatanıdır - HƏRBİ EKSPERT (ANALİZ)

“Spear Mk 2” yumşaq təpməyə malik, 4×4 təkər formulalı yüngül zirehli vasitə üzərində quraşdırılan 120 mm-lik avtonom minaatandır.

“Elbit Systems” tərəfindən hazırlanan minaatan silahlı qüvvələr tərəfindən aparılan sürətli əməliyyatları dəstəkləmək üçün hazırlanıb. “Spear Mk 2” döyüşlərdə sınaqdan keçirilən əvvəlki “Spear” minaatan sisteminin təkmilləşdirilmiş versiyasıdır.

Minaatanın modul sistemi avtonom əməliyyatlar üçün nəzarət və idarəetmə sistemlərinin inteqrasiyasına imkan verir. Minaatan kifayət qədər uzun bir lüləyə və sələfi ilə müqayisədə geri təpməni maksimun azaltmaq imkanına malikdir.

Minaatan bir çox yüngül zirehli maşınlara quraşdırılmaqla onun hərəkətlilik və manevr imkanlarını artırmaq üçün uyğundur. Avtomatik yükləmə sistemi olmadan minaatan 200 kq kütləyə malikdir.

Uzun müddət minaatanın aşkar səbəblərdən bir çox xüsusiyyətləri gizli saxlanılırdı, lakin artıq məlumdur ki, “Spear Mk 2” əvvəllər sınaqdan keçirilən “Spear” minaatan modelinin təkmilləşdirilmiş versiyasıdır. “Elbit Systems” istehsalı olan 120 mm minaatan avtonom və mobildir, geri təpmə qüvvəsini azaltma qabiliyyətinə malikdir və buna görə də mərmi atəşinin zərbələri daha dəqiqdir.

“Sand Cat” zirehli maşını üzərində qurulan 120 millimetrlik “Speak Mk 2” minaatanı ilk nümayişindən təxminən 3 ay sonra, 2016-cı ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 beynəlxalq müdafiə sərgisində Azərbaycan ictimaiyyətinə təqdim edildi. Məhz bu sərgidə rəsmi Bakının diqqətini cəlb edən mobil minaatanın alınması ilə bağlı qərar qəbul edildiyi ehtimal edilir. “Spear Mk 2” avtomat minaatan kompleksinin ilk partiyası 2018-ci ilin əvvəlində ölkəyə gətirilib. Minaatan özünün koordinatları hesablama və hədəfə tuşlanma mexanizmlərinə malikdir. Bütün sadalananlar sayəsində minnatan daha effektiv hala gəlib, onun qısa müddətdə yüngül zirehli maşınlara quraşdırılması mümkündür, bu isə hərbçilərə verilmiş taktiki əməliyyatları tez və səmərəli şəkildə yerinə yetirməyə imkan verir.

Layihə mühəndislərinə görə, yalnız iki-üç ekipaj üzvü tələb edən “Spear” daha ətraflı “vəziyyət biliklərinə” malik olmağa, geniş ərazi əhatəsinə, sürətli yerləşdirilməyə imkan verir, həmçinin avtomatik və ya mexaniki aktivləşdirməni təmin edir. İrarəolunan minalarla atəş açan minaatan sistemi 90 saniyə ərzində tam döyüş vəziyyətinə gətirilir, istənilən döyüş sahəsində, hətta ən çətin vəziyyətlərdə belə atəş açmaq qabiliyyətini təmin edən və bütün sistemin işinə avtomatik olaraq nəzarət edən idarəetmə sistemi ilə təchiz edilir.

İKT xəbərləri
Ordu.az digər xəbərlər