Qurban Qurbanov: Sona az qaldı

Qurban Qurbanov: Sona az qaldı

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Sabah”la oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqqında fikirlərini açıqlayıb.


Klubun rəsmi saytının məlumatına görə, Q. Qurbanov komandasının böyük hesablı qələbəsinə baxmayaraq, rəqibin pis oynamadığını bildirib.


“Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Həm də yaxşı oyunla qalib gəldik. Bundan əvvəlki oyunlarda rəqibə qalib gələ bilmirdik. Bu gün hesab 3:0 olsa da, “Sabah” pis oynamadı. Elşad Əhmədovu təbrik edirəm. Oyundan oyuna daha yaxşı olurlar. Sona az qalıb. Hər matç daha çətin olacaq. Bütün görüşlər məsuliyyət tələb edir”.


Qeyd edək ki, bu gün “Qarabağ” Azərbaycan Premyer Liqasının XXIV turunda “Sabah”ı 3:0 hesabı ilə məğlub edib.

Açar sözlər
Elşad Əhmədov , Qurban Qurbanov , Ağdam , Azərbaycan , Qarabağ
İdman xəbərləri
Moderator.az digər xəbərlər