“Rabitəbank” gücləndirilmiş iş rejiminə keçir

“Rabitəbank” ASC kompensasiya ödənişlərini həyata keçirmək üçün gücləndirilmiş iş rejiminə keçir.
“Rabitəbank” daha keyfiyyətli xidmət göstərmək üçün şənbə günü saat 10:00–14:00–dək paytaxtın Müştəri Xidmət Mərkəzi (baş ofis) və Nizami filialı, regionlarda isə Şəmkir, Kürdəmir, Gəncə filialları kompensasiya ödənişlərini həyata keçirəcək.
Daha ətraflı məlumat üçün: (012) 133
Ölkənin ilk müstəqil banklarından olan “Rabitəbank” 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “qaynar xətti”nə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.