Radiasiya Problemləri İnstitutunda nanotexnologiyalar sahəsində tədqiqat aparılır

Radiasiya Problemləri İnstitutunda nanotexnologiyalar sahəsində tədqiqat aparılır

Bakı, 2 may, AZƏRTAC

Müasir dövrdə elm və texnikanın inkişafı yeni və yüksəkkeyfiyyətli material və maddələrin tətbiqi ilə bağlıdır.

Bu sözləri AZƏRTAC–a müsahibəsində AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Rəvan Mehdiyeva deyib. O bildirib ki, son illərdə nanomateriallar, onların əsasında nanotexnologiyalar, yüksək texniki və davamlılıq göstəricilərinə malik yeni material və maddələrin alınmasına yönələn elmi-texniki proqramlar böyük əhəmiyyət kəsb edir. Odur ki, Radiasiya Problemləri İnstitutunun tədqiqat sahələrindən biri də nanomaterialların alınması, radiasiya proseslərinin nanomaterialların, nanozərrəciklərin iştirakı ilə aparılması və son nəticədə nanoradiasion texnologiyaların yaradılmasıdır. İnstitutda qeyd olunan istiqamətlər üçün əhəmiyyətli nanozərrəcik, maddə və materiallarda ionlaşdırıcı şüaların təsiri altında gedən proseslərin qanunauyğunluqlarının müəyyənləşdirilməsi, onların davamlılığının artırılması yolları və tərkibini dəyişmədən xassələrinin yaxşılaşdırılması üzrə tədqiqatlar aparılır. Əsas tədqiqat istiqamətlərdən biri də elektronikada, texnoloji proseslərdə, neft-qaz istehsalı sahələrində geniş istifadə olunan nanomaddə və materiallara ionlaşdırıcı şüaların təsirinin tədqiqi, aqressiv mühitə davamlı halların alınması və keyfiyyətlərinin köklü şəkildə dəyişilməsi imkanlarını aşkar etmək məqsədli elmi-tədqiqat işləridir. Bir neçə ildir ki, nanoölçülü maddə və sistemlərdə radiasiyanın təsiri ilə yaranan proseslər tədqiq edilir.

İKT xəbərləri
Azertag.az digər xəbərlər