Radiolokasiya sahəsində ən son yeniliklər - Radiofoton lokatorlar (FOTOLAR)

Radiolokasiya sahəsində ən son yeniliklər - Radiofoton lokatorlar (FOTOLAR)

Nəşr olunan məlumatlara görə, radiofoton RLS-lər "ənənəvi" qurğularla müqayisədə müəyyən üstünlüklərə malikdir. Effektivliyin yüksəlməsi nəticəsində hədəf izlənilməsi dəqiqliyi və müşahidə məsafəsinin artması mümkündür. Aşkar edilən hədəflərin daha sadə müəyyənləşdirilməsi imkanı da mövcuddur. Nəzərdə tutulan stansiyalar yeni xüsusiyyətlərə malikdir, lakin daha kiçik ölçüləri ilə fərqlənir. Bununla yanaşı, yeni bir sahədə praktik olaraq əhəmiyyətli nəticələr əldə etmək hələ də uzaq gələcəkdə mümkün ola biləcək.

Perspektiv layihələr

Radiofoton lokatorunun konsepsiyası son bir neçə il ərzində nəzəri səviyyədə müzakirə olunur, lakin bu müzakirələr məntiqli sonluğuna hələ də çatmayıb. Vəziyyət nisbətən yaxın keçmişdə dəyişib: 2016-cı ilin sonundan etibarən Rusiya elmi tədqiqat qurumları, yeni və perspektivli layihələrin inkişafı barədə müntəzəm olaraq məlumat verməyə başlayıblar. Radiofoton radiolokasiya stansiyaları barədə son xəbərlər isə bir neçə həftə əvvəl ortaya çıxdı.

2016-cı ilin sonunda Rusiya perspektiv araşdırmalar fondu ilk dəfə yeni RLS üçün radiofoton qəbuledici-ötürücü modulunu və genişzolaqlı şüalandırma qurğusunu təqdim etdi. Maket nümunəsi ultra-qısa dalğalardan istifadə edərək diqqətəlayiq xüsusiyyətlər göstərməyə müvəffəq oldu. Beləliklə, məsafəyə görə dəqiqlik 1 m-ə çatdırıldı - bu göstərici həmin dövrdə "ənənəvi" radar üçün əlçatmaz idi.

Əlavə fəaliyyətlər davam etdirildi. Daha sonra məlum oldu ki, "Radioelektron Texnologiyalar" konserni (KRET) də bu perspektivli proqramda iştirak edir. 2017-ci ilin iyul ayında KRET baş direktorunun birinci müavininin müşaviri Vladimir Mixeev radiofoton radarların inkişafı barədə məlumat verdi. O, bütün konsepsiyanın və yeni layihənin texniki detallarını açıqladı, yaxın gələcək və hazırkı iş planları barədə açıqlama verdi.

Buna qədər isə KRET-də gələcək altıncı nəsil döyüş təyyarələrində istifadə üçün yeni bir RLS-in eksperimental modeli hazırlanıb. Tədqiqat işlərinin bir hissəsi olaraq, lokatorun əsas komponentləri hazırdır. Onların köməyi ilə, ən yaxşı dizayn variantlarını tapmaq üçün nəzərdə tutulan zəruri eksperimentlər keçirilir. Radio-optik foton antenin tam miqyaslı prototipinin yaradılması da həyata keçirilir. Bu nümunə gələcək seriya avadanlıqların görünüşünün və xüsusiyyətlərinin inkişafı üçün zəruridir.

Yeni layihənin ümumi aspektləri ilə paralel olaraq fərdi radar elementlərinin optimal dizaynı üçün axtarışlar davam edir. Bu axtarışlar şüalandırıcını, foton kristallarını, qəbuledici qurğunu və stansiyanın digər komponentlərini əhatə edir. Gələcəkdə bu fəaliyyətlər yeni və tam həcmli işlək nümunələrin ortaya çıxmasına gətirib çıxaracaq.

2018-ci ilin iyun ayınındə RTI konserninin də radiofoton lokatorları mövzusu ilə məşğul olduğu məlum oldu. Məlumatda deyilir ki, bu ilin sonunadək konsern yeni X-diapazonlu radar stansiyasının modelini yaratmaq üçün tədqiqat layihəsini başa çatdırmağı planlaşdırır. Hazırlanan yeni məhsul taktiki döyüş təyyarələrində istifadə üçün nəzərdə tutulub. KRET layihəsində olduğu kimi, burada da fəaliyyət yalnız radar stansiyasının dizaynından deyil, həm də fərdi komponentlərin istehsal prosesini mənimsəməklə bağlıdır.

İyul xəbərinə görə, RTI artıq ölkənin ilk şaquli lazer şüalandıran qurğuları istehsal edən texnoloji xəttini istifadəyə verib. Belə qurğular radiofoton radarının əsas komponentlərindən biridir, birbaşa xüsusiyyətlərinə və imkanlarına təsir göstərir. Beləliklə, Rusiya sənayesi yaxın gələcəkdə perspektivli stansiyaların yaradılması üçün əlavə fürsət qazanıb.

Konsernin rəhbərliyi yaxın gələcək planları barədə də danışıb. RTI müəssisəsi əldə edilən uğuru inkişaf etdirərək radiofoton RLS-in yeni versiyasını yaratmağı planlaşdırır. İlk növbədə, K, Ka və Q diapazonlarında fəaliyyət göstərən yeni stansiyaların yaradılması nəzərdə tutulur. Əlavə olaraq ölçülərin azaldılması yeni növ genişzolaqlı radar sistemlərinin yaradılmasına səbəb olacaq.

Noyabr ayının sonunda, RTI yenidən perspektivli bir layihə üzərində işlədiyini açıqladı. Radar stansiyasının eksperimental modeli hazırlandı, bununla da mütəxəssislər lazımi yoxlamaları həyata keçirdilər. Mövcud stansiya yüksək xüsusiyyətlərə malik deyil və istismar üçün bir çox məhdudiyyətləri mövcuddur. Buna baxmayaraq, layihə çərçivəsində işlər davam edir və gələcəkdə perspektivli RLS-in müəyyənləşdirilən problemlərinin aradan qaldırılmasına və istismara qəbul edilməsinə nail olacağı vəd edilir.

Yarımkeçirici əvəzinə lazer

Radiofoton RLS və ya radio-optik foton anten barmaqlığının təklif olunan konsepsiyası, inkişaf edən xüsusiyyətləri əldə etməyə imkan verən yeni stansiyanın xeyrinə lokatorun ənənəvi komponentlərindən imtina etməyi təklif edir. Müasir radiolokasiya stansiyaları elektrovakkum və ya yarımkeçirici cihazlardan istifadə edərək elektromaqnit şüalanma yaradır. Belə cihazların səmərəliliyi 30-40 faizdən çox olmur. Buna görə, elektrik enerjisinin təxminən üçdə ikisi istiliyə çevrilir və israf edilir. Radiofoton stansiya isə səmərəliliyin kəskin artımını təmin edən digər siqnal yaratma vasitələrindən istifadə etməlidir.

Hələ keçən il V.Mixeev, KRET-in yeni inkişafı barədə danışaraq, perspektivli stansiyaların əsas xüsusiyyətlərinə toxundu. Təklif edilən layihələrin əsas yenilikləri yarımkeçirici və ya lampa cihazlarını həssas lazer və xüsusi foton kristal əsaslı qurğularla əvəz etməkdən ibarətdir. Lazımi xüsusiyyətlərə malik olan lazer şüaları, onu elektromaqnit dalğalarına çevirən kristala yönəldilir. Belə ötürücünün səmərəliliyi 60-70%-dən çox olmalıdır. Beləliklə, yeni şüalandırma üsulu, ənənəvi olaraq təxminən iki dəfə daha məhsuldardır.

Digər açıq mənbələr daha tam mənzərəni yaratmağa imkan verir. Siqnallarin ötürülməsi, qəbul edilməsi və emalından məsul olan RLS avadanlığı, lazerin gücünü, modulyasiyasını və digər şüalanma parametrlərini təyin edərək qurğunu idarə etməlidir.

Optik lif vasitəsilə siqnal ötürən optik avadanlıqların istifadəsi, digər avadanlıqlarla və kabellərlə müqayisədə sistemin sürətində bəzi üstünlüklər əldə etməyə imkan verir. Bundan əlavə, təcrübələrdə göstərildiyi kimi, lazer və foton kristalına əsaslanan şüalanma digər qurğulardan daha çox enerjini elektromaqnit dalğasına çevrir.

Nəzəri olaraq, lokatorun radiofoton arxitekturası işçi diapazonu kəskin şəkildə artırmağa və ultra genişzolaqlı sinifə aid stansiya yaratmağa imkan verir. Bunların hesabına perspektivli RLS-in fərqli diapazona malik bir sıra ənənəvi sistemlərin vəzifələrini yerinə yetirməsi mümkündür. Bundan əlavə, düşmənin aktiv radioelektron müdaxiləsinə qarşı maneə toxunulmazlığı təmin edilir.

Daha öncə də qeyd olunduğu kimi, ultra genişzolaqlı stansiya müdaxilə təsirlərinə qarşı davamlı olmaqla yanaşı həm də özü bu təsirləri yarada bilir. Fərqli diapazonlarda işləmək bacarığı olan yüksək gücə malik ötürücünün özü də radiomaneələr (jammer kimi) yarada bilər.

RLS-in bu potensialının tam həyata keçirilməsi vasitələrin daşıdığı avadanlıqların tərkibinin azaldılmasına, bəzilərində isə hətta imtina edilməsinə səbəb olacaq. Bu isə daşıyıcının kütləsinin azalmasına və daxili həcmə qənaət edilməsinə gətirib çıxarır.

Nəhayət, radiofoton RLS mövcud analoqlardan daha kiçik və daha yüngüldir. Birincisi, bu stansiya daşıyıcı vasitənin yaradılan zaman kompaktlıq məsələlərinin həllini asanlaşdırır. Bundan əlavə, bir döyüş vasitəsini eyni zamanda bir neçə radar stansiyası və ya bir stansiyanı bir neçə səth üzərində yerləşdirilən anten dəstləri ilə təchiz etmək mümkündür. Bu cür lokatorlar artıq aviasiya vasitələrində istifadə olunur və yeni modellərin də istifadəsiz qalması mümkün olmayacaq.

Artan xüsusiyyətlər və fərqli diapazonlarda işləmək qabiliyyəti yeni xarakterik imkanların əldə olunmasına səbəb olmalıdır. Beləliklə, ötən il V.Mixeev bildirib ki, yeni tipli RLS yalnız hədəf yerini müəyyən etməyəcək, eyni zamanda hədəfin tanınması üçün onun dəqiq təsvirini də tərtib edə biləcək. Məsələn, stansiya hava hədəfinin koordinatlarını, aşkar edilən təyyarənin növünü təyin edəcək və sonra isə onun qanadları altında hansı raketlərin daşındığını anlaya biləcək.

RLS və onların daşıyıcıları

Aydındır ki, yeni bir istiqamət müəyyən bir məqsədlə işlənir və radar stansiyasının inkişafı hərbi texnikanın konkret növləri ilə birbaşa bağlıdır. Nəzəri olaraq, radiofoton stansiyaları ənənəvi sinif radarlarının artıq istifadə olunduğu bütün sahələrində tətbiq edilə bilər. Son illərin hesabatlarına görə, rus ekspertləri yeni sinifin ilk sistemlərinin tətbiqi dairəsini artıq müəyyənləşdiriblər. Onlar yalnız təyyarə üçün deyil, həm də döyüş aviasiya vasitələri üçün yaradılır.

Daha öncə "Radioelektron Texnologiyalar" konsernindən məlumat yayıldı ki, radiofoton radar layihəsi növbəti altıncı nəsil döyüş təyyarəsi kontekstində hazırlanır.

Beləliklə texniki vasitələrdə istifadə üçün yararlı yeni radiofoton lokatorların yaradılması orta və ya uzun müddətli perspektivdə mümkün olacaq. Lakin, perspektivli cihazların yaradılması müddəti heç bir problem yaratmır. Hazırda sənaye və ordu bütün vəzifələri həll etməyə qadir olan yüksək imkanlı radarlara malikdir. Bundan əlavə, radiofoton stansiyalarının yaranmasının "ənənəvi" sistemlərin inkişafını dayandıracağını gözləmək olmaz. Beləliklə, qoşunlar gələcəkdə həm mövcud mənimsənilən, həm də yaradılan yeni aşkaretmə sistemlərini qəbul edə biləcəklər.

Mənbələr:
http://tass.ru/http://

ria.ru/http://tvzvezda.ru/

https://vz.ru/https://

fpi.defence.ru/http://

arms-expo.ru/

Məlumat Ryabov Kirilin yazıları əsasında hazırlanıb

Hərbi ekspert Ədalət Verdiyev

İKT xəbərləri
Ordu.az digər xəbərlər