Rafael Ağayev Premyer Liqada bürünc medal qazanıb

Rafael Ağayev Premyer Liqada bürünc medal qazanıb

Karate üzrə Azərbaycan milli komandası Mərakeşin paytaxtı Rabatda keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.


ONA-nın məlumatına görə, karateçilərimiz Karate1 Premyer Liqa turnirindən bir medal qazanıblar.


Yığmamızın yeganə mükafatı Rafael Ağayevin hesabındadır. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə fransalı Loqan da Kosta ilə qarşılaşıb. 2:0 hesablı qələbə qazanan karateçimiz bürünc medala yiyələnib.

Millinin digər üzvləri - Turqut Həsənov və Pənah Allahverdiyev (hər ikisi 84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.


Qeyd edək ki, aprelin 19-21-də keçirilən Karate1 seriyalı turnirdə 8 ölkədən 661 idmançı mübarizə aparıb.

Açar sözlər
Rafael Ağayev , Turqut Həsənov , Pənah Allahverdiyev , Azərbaycan , Mərakeş , Rabat
İdman xəbərləri
Bakının mərkəzi yolları bağlanır    — "Formula 1"-ə GÖRƏ

Bakının mərkəzi yolları bağlanır — "Formula 1"-ə GÖRƏ

21-04-2019 09:57 - Demokrat.az - İdman
Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı aprelin 22-dən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq. Demokrat.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bölmə rəisi bildirib ki, həmin gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək. Qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir. Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər. Eyni zamanda, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur. V.Əsədov bildirib ki, yarışın keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə yol nişanları qoyulub.
Moderator.az digər xəbərlər