Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı

Ramazanın 5-ci gününün duası,  imsak və iftar vaxtı

Sabah Ramazan ayının beşinci günüdür.

Publika.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da Bakıda imsak saat 03:51, iftar isə saat 20:00-dadır.

Ramazan ayının 5-ci gününün duası:

"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!"

Allah orucunuzu qəbul etsin!


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mədəniyyət xəbərləri
Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

09-05-2019 23:40 - Milli.az - Mədəniyyət
Duanın tərcüməsi:İlahi, ey hər şeyə qadir olduğu halda, məxluqatın işlərini idarə edən, ey lətif və agah olduğu halda, gözlərin xəyanəti, qəlblərin gizlətdiyini (sirləri) və əqllərdən keçəni bilən! İlahi, bizi bədbəxtlərdən, tənbəllərdən və əməlsiz etimad edənlərdən deyil, niyyət etdikdən sonra əməl edənlər sırasına qat! İlahi, bədənimizi xəstəliklərdən qoruyaraq sağlam və vacib etdiyin əməlləri yerinə yetirməkdə bizə yardım et, belə ki, bu ay başa çatdıqda vacib əməlləri yerinə yetirmiş olaq! İlahi, bu ayda bizə oruc tutmaqda kömək və bizi ibadətdə müvəffəq et, namazda bizə şadlıq nəsib et, bizi Quran tilavətindən məhrum etmə və zəkat verməyi bizə asanlaşdır! İlahi, xəstəlik, əzab-əziyyət və həlakəti bizə hakim etmə, halal ruzindən bizə iftar nəsib et! İlahi, bu ayda bizim üçün böldüyün ruzini (əldə etməyi) və əmrinlə müqəddər etdiklərini asan, onu (müqəddər etdiklərini) günahlardan pak, halal və bəyənilən, çirkinlik və pisliklərdən uzaq et! İlahi, bizə çirkin və haram yox, yalnız pak təam nəsib et, bizə verdiyin ruzini çirkin və xəstəlik yaradan şeylərdən deyil, halallardan et! Ey sirlərə elmi ilə aşkar işlərə elmi bərabər olan, ey fəziləti ilə bəndələrinə ehsan edən, ey hər şeyə qadir, hər şeydən xəbərdar və agah olan, zikrini bizə ilham et, çətinlikləri bizdən uzaqlaşdır, bizi asan və doğru işlərə müvəffəq et, yol göstərməyinlə hidayət et, bizi bəlalardan amanda saxla, xəta və büdrəmələrdən qoru! Ey böyük günahları Ondan başqasının bağışlamadığı, qəm-kədər və çirkinlikləri Ondan başqasının uzaqlaşdırmadığı, ey mehribanların ən mehribanı və ehsan edənlərin ən kəramətlisi! Mühəmməd və onun pak Əhli-beytinə salam yetir, oruclarımızı qəbul olanlardan, əməl və təqvamızı dərgahına yetişənlərdən et, səy və təlaşımızı Sənə şükrə çevir, ibadətimizi bəyənilən, Quran oxumağımızı dərgahına yüksələn və duamızı eşidilənlərdən qərar ver, bizə yaxşılıq əta et, çətinliyi bizdən uzaqlaşdır və onu bizə asan et, dərəcə və məqamımızı yüksəlt, bizə xeyirləri artır, bizdən oruc və namazları qəbul et, dualarımızı eşit, xətalarımızı bağışla, pis əməllərimizdən keç, bizi qəzəb etdiklərin və yolunu azmışlardan deyil, Ramazan ayı bitənə qədər xeyirxah və feyzə çatanlardan yaz, bu ayda oruc və ibadətlərimizi qəbul et, əməllərimizi saflaşdır, günahlarımızı bağışla və xeyirlərin hamısını bizə nəsib et.
Metbuat.az digər xəbərlər