Ramil Usubov rəisi işdən çıxardı

Ramil Usubov rəisi işdən çıxardı
Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.
Ann.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.

www.ann.az
Siyasət xəbərləri
Ann.az digər xəbərlər