Ramil Usubovdan daha bir - TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Sonxeber.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, Qafur Verdiyev Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.
O, bundan əvvəl Zaqatala RPŞ-nin Dövlət Yol Polisi Bölməsində inspektor vəzifəsində çalışıb
Açar sözlər
Ramil Usubov
, Qafur Verdiyev
, Daxili Işlər Nazirliyi
, Dövlət Yol Polisi Bölməsi
, Zaqatala
, Ağcabədi