Ramiz Əzizbəylinin səhhəti ilə bağlı son xəbər: "Ağrılarım var..."

Ramiz Əzizbəylinin səhhəti ilə bağlı son xəbər: "Ağrılarım var..."

Bir müddət öncə əməliyyat olunan xalq artisti Ramiz Əzizbəyli səhhətindən danışıb.


AZXEBER.COM xəbər verir ki, lent.az-a açıqlama verən R.Əzizbəyli hazırda özünü yaxşı hiss etmədiyini deyib:


"Bildiyiniz kimi, əməliyyat olunmuşam. İndi də həkimlər gedib-gəlirlər. Mənimlə maraqlanırlar. Amma ağrılarım var. Ağrıdığım üçün telefonlara da çox cavab verə bilmirəm. Jurnalistlər məni yığır, suallar verirlər, onların suallarına da cavab vermirəm”.


Qeyd edək ki, xalq artistinin ayağında qanqrenə yarandığı üçün dekabrın 27-də ayaq barmağı amputasiya olunub.

Açar sözlər
Ramiz Əzizbəyli
Mədəniyyət xəbərləri
Natavan: “Obraz kimi bacımın nişanlısını sevirəm” - FOTO

Natavan: “Obraz kimi bacımın nişanlısını sevirəm” - FOTO

29-03-2019 10:40 - 7news.az - Mədəniyyət
Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı ədibin "Solğun Çiçəklər" pyesi ekranlaşdırılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mədəniyyət Nazirliyi ilə birgə ərsəyə gətirdiyi filmdə baş rollardan birini gənc və cazibədar aktrisa Natavan Abbaslı canlandırır.
Aktrisa filmlə bağlı təəssüratlarını yenicag.az-la bölüşüb:
"İlk öncə demək istəyirəm ki, görkəmli dramaturq Cəfər Cabbarlının belə bir möhtəşəm əsərində rol almaq gənc aktrisa olaraq mənim üçün çox böyük qürurdur. Olsun".
Aktrisa ekran işində Azərbaycan teleməkanında heç bir serialda olmayan səhnələrin də yer alacağını bildirib: "Tamaşaçılar kifayət qədər cəsur səhnələrin şahidi olacaqlar".

Qeyd edək ki, serialın ikinci bölümünə bu axşam saat 21:50-də İctimai Televiziyanın efirində baxa bilərsiniz.
Ekran işinin ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.
Rollarda xalq artisti Elxan Qasımov, Natəvan Abbaslı, Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları yer alacaqlar.


7News.
Azxeber.com digər xəbərlər