“Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı konfrans keçiriləcək

“Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı konfrans keçiriləcək

Yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri" mövzusunda elmi konfrans keçiriləcək.

Bu barədə Olaylar.az -a Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfransın keçirilməsi barədə razılıq Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun institutun elmi nailiyyətlər sərgisində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə görüşü zamanı əldə olunub. Y.Mahmudov institutun alimlərinin konfransın keçirilməsi barədə təşəbbüsünü ona çatdırıb, o isə bunu müsbət qarşılayaraq razılıq verib.

Ramiz Mehdiyev Tarix İnstitutunun elmi nailiyyətlər sərgisində nəşrlərlə ayrı-ayrılıqda tanış olub. Yaqub Mahmudov isə institutun fəaliyyəti və nəşrləri barədə ona ətraflı məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər