Ramos bir paylaşımı ilə milyon yarım pul topladı - FOTO

Ramos bir paylaşımı ilə milyon yarım pul topladı - FOTO

"Real"ın kapitanı Serxio Ramos YUNİSEF-in xeyriyyə kampaniyasında iştirak edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, özünün rəsmi İnstagram səhifəsində belə bir paylaşım edib:

"Vaksinlər hər il 2-3 milyon insanın həyatını xilas edir. Bu paylaşıma görə hər bir layk üçün Qeyts Fondu YUNİFES-ə 1 dollar yardım ayıracaq".

Hazırkı vəziyyətdə paylaşım 1 milyon 500 mindən çox bəyənmə sayı qazanıb.

Beləliklə, Bill və Melinda Qeytsin Xeyriyyə Fondu BMT-nin Uşaq Fonduna1,5 milyon dollar yardım edəcək.

Xatırladaq ki, bu, Ramosun iştirakı ilə ilk xeyriyyə aksiyası deyil. O, 2014-cü ildən YUNİSEF-in xoşməramlı elçisi kimi bir sıra tədbirlərdə iştirak edib.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Serxio Ramos , Instagram , Bmt , Yunisef
İdman xəbərləri
Metbuat.az digər xəbərlər