Raquf Orucovun oğlu yeni kampaniya başlatdı: #ŞƏHİDİMİZ

Raquf Orucovun oğlu yeni kampaniya başlatdı:  #ŞƏHİDİMİZ

Prezident İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gənc aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib.

AZXEBER.COM xəbər verir ki, "Şəhidimiz" (#ŞƏHİDİMİZ) adlanan kampaniyaya Gənc Könüllülər, ASAN Könüllüləri, RİİB Könüllüləri, Bakı Şəhər Halqası Könüllüləri, BİR Tələbə Könüllüləri, Aqrar İnkişaf Könüllüləri və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulub.

Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin qorunub saxlanılması və şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Bu çərçivədə Novruz Bayramı ərəfəsində gənclər aprel döyüşlərində şəhid olan soydaşlarımızın ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətində bütün ailələrə Novruz sovqatı çatdırılıb.

Qeyd edək ki, kampaniya bayram günləri ərzində davam edəcək və bu hərəkatda iştirak etmək istəyən gənclər www.shehidimiz.az saytına müraciət edə və ya sosial şəbəkələrdə #ŞƏHİDİMİZ həştəqi ilə paylaşımlar edə bilərlər.

Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi və onların milli ruhda yetişməsi üçün #ŞƏHİDİMİZ adlı kampaniya il boyu müxtəlif tədbir və layihələrlə davam edəcək.

Açar sözlər
Aqşin Oruclu , Ilham Əliyev , Novruz Bayram , Raquf Orucov , Riib , Azərbaycan , Bakı
Siyasət xəbərləri
Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

18-03-2019 19:12 - Modern.az - Siyasət
Beləliklə, son dəyişiklikdə sonra elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin seriya və nömrəsi (heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycanda daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur) əlavə olunmalı və aşağıdakı sənədlərin surətləri elektron formada təqdim edilməlidir: - 3x4 sm ölçüdə fotoşəkil; - dövlət rüsumunun ödənilməsi haqqında sənəd; - Azərbaycan dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış; - pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla); - qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.); - şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycanda daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti; - elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycana dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.
Vasif Talıbovdan icbari tibbi sığorta barədə Fərman

Vasif Talıbovdan icbari tibbi sığorta barədə Fərman

18-03-2019 17:41 - Marja.az - Siyasət
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə icbari tibbi sığortaya daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq, muxtar respublikada icbari tibbi sığorta fondunun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etməli, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini, o cümlədən icbari tibbi sığortanın məlumat bazasının yaradılmasını və dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarının icbari tibbi sığortanın tətbiqini təmin edəcək hədlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin informasiya resurslarına inteqrasiyasını və qarşılıqlı məlumat mübadiləsinin tətbiqini, icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün lazım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilməsini təmin edən tədbirlər görməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azxeber.com digər xəbərlər