“Rayonlardan gələnlər Bakını pis günə qoyur” – Yeni şəhərli-rayonlu QALMAQALI

“Rayonlardan gələnlər Bakını pis günə qoyur” – Yeni şəhərli-rayonlu QALMAQALI

"İçərişəhər"də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotolar yeni şəhərli-rayonlu qalmaqalına rəvac verib.

BAKU.WS xəbər verir ki, jurnalist Nəsimi Paşayevin tarixi abidənin söküntüsünə etiraz statusuna şərh yazan aktyor Mirqafar Səlimov baş verənlərdə rayonluları günahlandırıb.

M.Səlimovun "26 ildir rayonlardan gələn 4 milyon insan Bakını pis günə qoyurlar. 26 ildir bakılılar zülm çəkir" şərhləri sosial şəbəkə istifadəçilərində qıcıq yaradıb. Nəticədə statusun altında şəhərli-rayonlu ayrı-seçkiliyini əks etdirən şərhlər yazılıb.

Sözügedən statusu və şərhi təqdim edirik:

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər