RBK: Ermənistan KTMT-nin əsasnaməsində dəyişikliklər etməyi təklif edir

RBK: Ermənistan KTMT-nin əsasnaməsində dəyişikliklər etməyi təklif edir
Ordu.az xəbər verir ki, bu barədə RBK agentliyi təşkilata üzv iki ölkənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Dəyişikliklər razılaşdırıldıqdan sonra yaz aylarında keçirilməsi nəzərdə tutulan KTMT-nin kollektiv təhlükəsizlik şurasının iclasında ölkə rəhbərlərinin təsdiqinə təqdim ediləcək.

Məlumata görə, Ermənistanın irəli sürdüyü təklif KTMT-nin Baş katibinin vəzifə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi prosedurlarının tənzimlənməsindən ibarətdir. Ermənistanın təklifinə görə, seçildiyi 3 il müddətinin başa çatmasınadək, səlahiyyət müddətinə vaxtından əvvəl xitam verilən şəxsin təmsil etdiyi ölkənin nümayəndəsi seçilməlidir.

Hazırda 2020-ci ilədək Baş katib səlahiyyətinin müvəqqəti icraçısı Rusiyanın nümayəndəsi Valeri Semerikovdur. Daha sonra bu vəzifə Belarusa təhvil veriləcək.

KTMT-nin nazirlər şurasının gündəliyi və imzalanacaq sənədlər toplusu hazırda formalaşdırılmaqdadır. KTMT-nin əsasnaməsinə ehtimal edilən dəyişikliklər barədə suala cavab verərkən, Ruriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər