"Real" azarkeşləri Peresi istefaya səslədi

"Real" azarkeşləri Peresi istefaya səslədi

"Real"ın cari mövsümdəki uğursuz çıxışı klub azarkeşlərini qəzəbləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, madridli fanatlar bütün günahı prezident Florentino Peresdə görür.

Azarkeşlər klub rəhbərinə olan narazılıqlarını növbəti dəfə La Liqanın XXXIV turunda "Xetafe" ilə qarşılaşmada (0:0) göstəriblər. Onlar "Florentino, indi çıx get" yazılı böyük plakat açaraq, Peresi istefaya səsləyiblər. Fanatlar "Selta" və "Leqanes"lə qarşılaşmada da bənzər şəkildə etirazlarını bildirmişdilər.

Qeyd edək ki, Çempionlar Liqasında və İspaniya Kral Kubokunda mübarizəni dayandıran "Real" La Liqada 3-cü pillədə qərarlaşır.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İdman xəbərləri
Metbuat.az digər xəbərlər