“Real Madrid” yenə xal itirdi

İspaniya La Liqasında 34-cü tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Real Madrid” səfərdə “Xetafe” ilə qarşılaşıb.
Çempionlar Liqasına qatılmaq üçün “Sevilya” ilə ciddi rəqabət aparan 4-cü pillədəki “Xetafe” “Real Madrid”dən 1 xal almağı bacarıb. Oyun 0:0 hesabı ilə bitib.
Qeyd edək ki, bu mövsüm qeyri stabil çıxış edən və çempionluq şansı qalmayan “Kral klubu” son 5 matçında 3-cü dəfə xal itirib.
Açar sözlər
Ispaniya
, Madrid
, Sevilya