"Real"dan 1,5 milyard avroluq müqavilə

"Real"dan 1,5 milyard avroluq müqavilə

"Real" "adidas" şirkəti ilə yeni müqavilə imzaladığını bəyan edib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.

Bu, madridlilərin adıçəkilən şirkətlə 3-cü sözləşməsidi. Belə ki, Almaniya şirkəti 1998-ci ildən bəri "Real"a sponsorluq edir və anlaşma 10 ildən bir yenilənir. Bu müddət ərzində "kral klubu" 29 titul qazanıb ki, bunun 6-sı Çempionlar Liqası kuboku olub.

Müqavilənin maliyyə şərtləri açıqlanmasa da, İspaniya nəhənginin bundan təxminən 1,5 milyard avro gəlir götürəcəyi bildirilir.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İdman xəbərləri
Metbuat.az digər xəbərlər