Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası respublikamızda bütün sahələrin inkişafını sürətləndirib, hər bir sahənin inkişafı üçün zəmin yaradıb. Dövlət Proqramları çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər ölkədə kənd təsərrüfatı, ümumilikdə aqrar sektorun da inkişafına təkan verib.
Qeyd etmək lazımdır ki, 2004-cü ildən mərhələli şəkildə icra edilən və artıq dördüncüsü icra olunan hər bir Dövlət Proqramında kənd təsərrüfatı, aqrar sektorun inkişaf etdirilmıəsi üçün tədbirlər planı nəzərdə tutulub və həmin tədbirlər planı da uğurla icra edilib. Elə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında da qeyd etdiyimiz məqamlar əksini tapmışdı. Məhz üçüncü Dövlət Proqramının icrası nəticəsində ölkədə iri fermer təsərrüfatlarının yaradılmasına dəstək nümayiş olundu. Eyni zamanda kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə emal müəssisələrində mütərəqqi texnologiyalar tətbiq edildi. Aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnikaya, mineral gübrələrə və pestisidlərə olan tələbatının təmin edilməsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Paralel olaraq Dövlət Proqramında Cins heyvandarlıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi də nəzərdə tutulurdu ki, bu istiqamətdə də proqramın icra edildiyi müddətdə kifayət qədər işlər görüldü.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına məxsus, eroziyaya uğramış və şoranlaşmış torpaqların texniki və bioloji rekultivasiya tədbirlərini həyata keçirməklə yenidən torpaq dövriyyəsinə qaytarılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətdə işlər davam etdirildi. Hansı ki, bu istiqamətdə işlərə hələ birinci Dövlət Proqramı qəbul edilən zamandan start verilmişdi. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müddətində baytar-sanitar, texniki nəzarət, sort-sınaq, fitosanitar, toxumçuluq, tingçilik və damazlıq işlərinin dövlət tərəfindən dəstəklənməsi həyata keçirildi. Fermerlərin idarəetmə vərdişlərinin və biliklərinin artırılması məqsədi ilə təlimlərin, təcrübə mübadiləsinin və elmi tədqiqatların həyata keçirilməsi reallaşdırıldı.
Dövlət Proqramında ayrı-ayrı rayonlar üzrə aqrar, kənd təsərrüfatı sahəsində tədbirlərin həyata keçirilməsi də əksini tapırdı. Məsələn, Xızı rayonu üzrə kənd təsərrüfatı (o cümlədən, cins heyvandarlıq, quşçuluq və arıçılıq) məhsullarının istehsalı və emalının dəstəklənməsi nəzərdə tutulurdu ki, ötən müddət ərzində bu istiqamətdə lazımı adddımlar atıldı. Eyni zamanda kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi işləri həyata keçirildi.
Regional proqramda Aran iqtisadi rayonu üzrə də sistemli tədbirlərin həyata keçirilməsi əksini tapırdı. Bu sıraya Şirvan şəhərində kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, Yevlax rayonu üzrə cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, taxılçılıq, pambıqçılıq, toxumçuluq, tərəvəzçilik və meyvəçilik sahələrinin inkişafının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi aid idi. Yaxud Ağcabədi rayonu üzrə cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, pambıqçılıq, tərəvəzçilik, toxumçuluq, bağçılıq (nar, xırnik və s.) və digər bitkiçilik sahələrinin inkişafının dəstəklənməsi, iri taxılçılıq təsərrüfatının yaradılmasına dəstək verilməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi kimi spesifik tədbirlər daxil idi ki, proqramın icrası müddətində qeyd edilən hər bir istiqamət üzrə təqdirəlayiq addımlar atıldı.
Ağdaş rayonunda isə cins heyvandarlıq, quşçuluq, taxılçılıq (xüsusilə ərzaq buğ-dası), pambıqçılıq, çəltikçilik, bağçılıq, toxumçuluq və istixana şəraitində tərəvəzçilik sahələrinin inkişaf etdirilməsi dəstəkləndi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi.
Əsasən heyvandarlıq rayonu kimi tanınan Beyləqan rayonunda isə Dövlət Proqramı çərçivəsində müasir ət kəsimi müəssisəsinin yaradılmasına dəstək verildi. Bununla yanaşı cins heyvandarlıq, quşçuluq, taxılçılıq (xüsusilə ərzaq buğdası), meyvəçilik, tərəvəzçilik, üzümçülük və pambıqçılığın inkişafının dəstəklənməsi prioritet vəzifələrdən sayıldı. Həmçinin iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Beyləqan rayon Dövlət Toxum Müfəttişliyi və Aqrokimya laboratoriyasının tikintisi və Beyləqan rayon Baytarlıq rayon İdarəsinin və zona baytarlıq laboratoriyasının mövcud inzibati binasının əsaslı təmiri kimi vəzifələr Dövlət Proqramında öz əksini tapırdı ki, proqramın icrası müddətində qeyd edilən istiqamətlərdə nəzərdə tutulan tədbirlər həyata keçirildi. Regionların 2014-2018-ci i8llərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutuılan tədirlər sırasında Bərdə rayonunda yeni emal müəssisələrinin (o cümlədən, meyvə-tərəvəz) yaradılmasının dəstəklənməsi, cins heyvandarlıq, toxumçuluq, bağçılıq (nar, xırnik, gavalı və s.) və tərəvəzçilik sahələrinin inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Bərdə rayon Dövlət Toxum Müfəttişliyi və Aqro-kimya laboratoriyasının tikintisi əksini tapırdı. Əminliklə deyə bilərik ki, qeyd etdiyimiz rayon üzrə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla icra edildi.
Biləsuvar rayonunda isə Dövlət Proqramında müasir istehsal sahələrinin yaradılmasının dəstəklənməsi nəzərdə tutulurdu. Həmçinin cins heyvandarlıq, quşçuluq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, toxumçuluq və pambıqçılıq sahələrinin inkişafının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Biləsuvar rayon Dövlət Toxum Müfəttişliyi və Aqrokimya laboratoriyasının tikintisi kimi vəzifələr qarşıya qoyulmuşdu. Qeyd etmək lazımdır ki. adıçəkilən rayon üzrə də Dövlət Proqramında qarşıya qoyulan vəzifələr uğurla icra edildi.
Əgər Dövlət Proqramında Göyçay rayonu üzrə emal sənayesinin inkişafının dəstəklənməsi, heyvandarlıq, bağçılıq (nar, üzüm) və tərəvəzçilik sahələrinin inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulurdusa, qonşu Hacıqabul rayonunda isə kiçik və ya orta həcmli müasir çörək istehsalı müəssisələrinin və istixana təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, cins heyvandarlıq, bağçılıq (nar, xırnik və s.) və bitkiçilik sahələrinin inkişaf etdirilıməsi, iri taxılçılıq təsərrüfatının yaradılmasının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi prioritet sayılırdı.
İmişli rayonu üzrə isə spesifik olan heyvandarlıq, toxumçuluq, meyvəçilik (bağçılıq), tərəvəz-çilik və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsi, iri taxılçılıq təsərrüfatının yaradılmasının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıda duran vəzifələr sırasında yer alırdı. Və Proqramın icra edildiyi 4 il ərzində qeyd edilən rayonlarda prirotet sayılan istiqamətlər üzrə çoxsaylı tədbirlər həyata keçirildi.
Kürdəmir rayonunda Dövlət Proqramı çərçivəsində görüləcək işlər sırasında cins heyvandarlıq, ətlik istiqa-mətli quşçuluq, toxumçuluq, bağçılıq, iri taxılçılıq, tərəvə-zçilik, üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi əks olunurdu. Neftçala rayonunda da Dövlət Proqramında cins heyvandarlıq, balıqçılıq, meyvəçilik, tərəvəzçilik, toxum-çuluq və digər kənd təsərrüfatı sahələrinin inkişafının dəstəklənməsi. iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulurdu. Eyni zamanda bu rayon üzrə də spesifik olan kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi qarşıda duran vəzifələr sırasında idi. Saatlı rayonu cins heyvandarlıq, quşçuluq, taxılçılıq, pambıqçılıq, toxum-çuluq, bağçılıq və tərəvəzçilik məhsullarının istehsalı və emalının inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ön planda dururdu.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.