Regional sülh hansı halda yarana bilər? - Ekspertdən CAVAB

Xəbər verdiyimiz kimi, dünən "Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü" adlı konfrans keçirilib.
Sonxeber.az-ın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev konfransda müzakirə olunacaq mövzular barədə ekspertlərə suallar ünvanlayıb.
Türkiyənin Xarici İşlər Nazirliyi nəzdində Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Məsud Özcan Cavid Vəliyevin qələbədən sonra Ermənistan-Türkiyə münasibətlərində baş verən dəyişikliklər barədə sualını cavablandırıb.
O bildirib ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün daimi addımlar atıla bilər:
"Regionda sabitliyə nail olmaq üçün təkcə Ermənistanla Azərbaycan arasındakı problemləri həll etmək deyil, həm də Türkiyə ilə Ermənistan arasındakı münasibətləri də normallaşdırmaq lazımdır. Eyni zamanda, digər bölgələri, onların rollarını və siyasətlərini nəzərə almaq lazımdır. Yalnız bu cür səylər birləşdirilərsə, uyğunlaşma olarsa, o zaman regional sülh yarana bilər".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Kurslar.az kurslar