Rəis Sumqayıtda müşavirə keçirdi - FOTOLAR

Rəis Sumqayıtda müşavirə  keçirdi - FOTOLAR

İdarədən Xeberle.com-a verilən məlumata görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov optimallaşma ilə bağlı tədbirlərin həyata keçirilməsi və islahatların aparılması, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, Hesablama palatasının apardığı yoxlamanın nəticələri, yaşı 65-dən yuxarı olan işçilərin sayının müəyyənləşdirilməsi, mədəniyyət işçilərinin işə davamiyyəti, Nəsiminin 650, Sumqayıtın 70 illik yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi, "Bölgələrdən bölgələrə” festivalı çərçivəsində keçirilən tədbirlərdə müəssisələrin iştirakı, eləcə də sosial şəbəkələrdə aktivliyin artırlması, idarənin mətbuat xidməti ilə əlaqələrin gücləndirilməsi ilə bağlı fikirlərini bildirib, tapşırıqlarını verib.

Rəis müavini İlham Əhmədov isə müəssisələrdə aşkar olunan problemlərdən danışıb, müəssisə rəhbərlərinə iradlarını bildirib.

Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələri rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

Mədəniyyət xəbərləri
Xeberle.com digər xəbərlər