Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev daha bir addımı ilə tələbələrini təəccübləndirib.
Xeberle.com kult.az-a istinadlaxəbər verir ki, tələbələri sosial şəbəkə hesabında rektorun bugünkü addımından yazıblar.
"Rektor yenə bufetdə idi. Növbəyə dayandı, çay aldı. Sonra gəlib oturdu, qırıq-salxaq olsa da, sevimli qırmızı stullarımızın birində. Qıraqdan baxdığım üçün nə danışdıqlarını bilmədim, amma orda oturan uşaqları bir-bir dinlədiyini gördüm. Fürsət edib bu şəkli çəkdim”, - tələbələrdən biri qeyd edib.
Onun sözlərinə görə, rektor ayağa qalxandan sonra ona yaxınlaşanlarla söhbət eləyib:
"Əyilib yerdən zibil də götürdü...”
Qeyd edək ki, E.Babayev tələbələrlə səmimi münasibəti və sadəliyi ilə tez-tez gündəmə gəlir.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.