Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in  açıqlamasına reaksiya

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlamasında Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyini qeyd edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan XİN-in Mətbuat katibi Leyla Abdullayeva məsələyə münasibət bildirib.

XİN rəsmisi mətbuata açıqlamasında qeyd edib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Aİ-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, bu bəyanat münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir".

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Leyla Abdullayeva , Avropa Ittifaqı , Xarici Işlər Nazirliyi , Azərbaycan Xəbərləri Class , Ermənistan Xəbərləri Class , Azərbaycan , Qarabağ , Ermənistan
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər