Rəsmi şəxslər qala divarlarından danışdı — Yenilənib

Rəsmi şəxslər qala divarlarından danışdı — Yenilənib

İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı bir neçə gündür mediada və ictimaiyyət arasında ciddi müzakirə olunan məsələ ilə bağlı mətbuat konfransı keçirir.

“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında idarənin aparat rəhbəri Riad Qasımov iştirak edir.

‌R. Qasımov bildirib ki, hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində , Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir: “Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etmir. Sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə aparılan rekonstruksiya işlərindən ibarətdir. Həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib.

Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirir.

[img src=https://qafqazinfo.az/uploads/images/fff(2).jpg]

Sosial şəbəkələrdə 2011-ci ilə aid şəkillər paylaşılır. Qeyd edim ki, bunlar təxribat xarakterli paylaşılan şəkillərdir. Bunlar müxalif qüvvələrin təxribatıdır. Hər dəfə ölkədə mühüm əhəmiyyətli tədbirlər keçiriləndə belə hallar baş verir. Təbii ki bu təxribatlar keçməyəcək. Burada yaşayan sakinlər və turistlər bunun şahidi ola bilər”.

Medianın əraziyə buraxılmaması ilə bağlı məsələni də Riad Qasımov cavablandırıb:

“Sözügedən ərazidə konstruktiv işlər aparılır. Bizə müraciət edən KİV nümayəndələrini ora buraxsaq, onda biz işləri dayandırmalı olacağıq. Rəsmi olaraq müraciət etsələr, növbəti dəfə təşkil olunan turda digər media təmsilçilərini də buraxa bilərik".

Günel Türksoy

Foto: Pərvin Zeynal

Açar sözlər
Riad Qasımov , Memarlıq Qoruğu Idarəsi , Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi Tərəfindən Kiçik Qala Küçəsi
Siyasət xəbərləri
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:55 - Cia.az - Siyasət
29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı (Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı (Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı (Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı (Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı (Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı –Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Qafqazinfo.az digər xəbərlər