Respublika fənn olimpiadalarının final turu keçiriləcək

Respublika fənn olimpiadalarının final turu keçiriləcək

Bakı, 8 may, AZƏRTAC

Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final turu keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılacaqlar. Doqquzuncu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqlar.

Olimpiadada ümumilikdə 533 şagirdin iştirakı nəzərdə tutulub. Final turuna qeydiyyat prosesi mayın 15-dəkwww.olimpiada.edu.az saytı vasitəsilə keçiriləcək.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər